Yaponiya höküməti istefa verib


Dünya 04 Okt 2021 08:49:00 106 0

Yaponiya höküməti istefa verib

Yaponiya hökuməti tam tərkibində istefa verib.

Trend-in məlumatına görə, bu barədə Kiodo agentliyi xəbər verib.

Məlumata əsasən, Yaponiyanın hakim Liberal Demokrat Partiyasının (LDP) lideri Fumio Kişida Yaponiyanın 100-cü baş naziri olacaq.

Bu gün ölkə parlamentinin hər iki palatası baş nazirin namizədliyinə səs verəcək. Daha baş nazir öz kabinetinin nazirlərini təyin edəcək.