Günün qoroskopu: məqsədə çatmaq üçün asan yollar aramayın


Digərləri 04 Okt 2021 00:01:00 202 0

Günün qoroskopu: məqsədə çatmaq üçün asan yollar aramayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - günün ilk yarısında müsbət təmayüllərin təsiri güclü olacaq. Amma çətinlikilər də istisna deyil. Görüləsi işi təxirə salaraq əylənməyə, istirahət etməyə çalışmayın. Yaxın ətrafınızdakı insanlara şübhə ilə yanaşmayın, bədgüman olmayın. Onların hamısı pis insan deyil.

Günün ikinci yarısında başqalarının öhdəsindən gələ bilmədikləri işləri qətiyyət və iradəniz sayəsində bitirə bilərsiniz. Ağır situasiya ilə qarşılaşmış insana təmənnasız yardım edin. Bu əməlinizi unutmayacaqlar.

Axşam saatlarında normal istirahət edin.  

Buğa - günün ilk yarısı çətin və məşəqqətli olacaq. Məqsədə çatmaq üçün bütün variantları sınayın, inadkar olun. Maliyyə problemləri yarana bilər. Yardım üçün yaxınlarınız və ya dostlarınızdan birinə müraciət edə bilərsiniz. Alış-veriş və ya investisiyalarla bağlı qərarları müstəqil şəkildə qəbul edin. Təcrübəli insanların məsləhətlərinə qulaq asın.

Uzun müddətdən bəri dil tapa bilmədiyiniz insanla münasibətləri günün ikinci yarısında normallaşdıra bilərsiniz. Niyyət və planlarınızdan açıq danışa bilərsiniz. Sizə rəğbətlə yanaşan insanlar həmin planlardan birinin reallaşdırılmasında sizə yardım edəcəklər.

Əkizlər - emosional fon mürəkkəbdir. Bu gün az olmayacaq çətin situasiyalarda sakit və soyuqqanlı davranmaq asan deyil. İşdə rəhbərlik və həmkarlarla peşəkar fikir ayrılıqları münaqişəyə səbəb ola bilər. İşə heç bir dəxli olmayan qarşılıqlı iradlardan çəkinin.

Günün ikinci yarısında həmkarlarla münasibətlərdə diqqətli olun. Məcaralara və avantüralara aldanmayın.

Maliyyə məsələlərində ehtiyatlı olun. Gərəksiz əşyaların alınmasına pul xərcləməyin. İtkilərə yol verməyin. Sevdiyiniz insanla həssas və qayğıkeş davranın.

Xərçəng - özünüzə nə qədər çox diqqət ayırsanız, bir o qədər yaxşıdır. Nüfuzlu insanlardan biri planlarınızla maraqlanmaqla yanaşı, sizə dəstək verməyə meylli olacaq. Gəlirlər istisna deyil.

Yeni layihə üçün şərik və ya sərmayədar tapa bilərsiniz.

Anlaşma, sövdələşmə və müqavilələr üçün əlverişli zamandır.

Günün ikinci yarısında alış-veriş etmək olar. Orijinal, qeyri-adi əşyalara diqqət yetirin. Zövqünüz sizi aldatmayacaq.

Axşam saatları yaradıcılıq, ailə üzvləri ilə birgə istirahət üçün yararlıdır.

Şir - tələyə düşməyin, boş söhbətlərə qatılmayın, şirin vədlərə aldanmayın. Soyuqqanlı olun, situasiyanı məntiq və ağılla qiymətləndirin. Hadisələr ziddiyyətli olsa da, səbrli davranın. İşgüzar əlaqələr baxımından faydalı olacaq insanlarla qarşılaşacaqsınız. Yeni tanışlıqlar olacaq.

Günün ikinci yarısında işdə rəhbərlik və tərəfdaşlarla qarşılıqlı anlaşmaya nail olun. Karyera inkişafı istisna deyil.

Planlaşdırılmamış səfərlər orlacaq. Dostlar və ya qohumlardan birinin üzləşdiyi problemi çözmək üçün yola çıxmaq zərurəti yarana bilər. Gəlirlər istisna deyil.

Qız - günün ilk yarısında ciddi problemlər yaranacaq. Lakin onların öhdəsindən gələcəksiniz. İnsanlarla dil tapmaq bacarığınızdan faydalanın. Kompromisləri unutmasanız və fəndgir davransanız, tezliklə yeni müttəfiqlər tapacaqsınız. Problemlərinizlə təkbətək qalmayın.

Günün ikinci yarısında gəlirlər istisna deyil. Amma pulları qoruyun, xərcləməyin. Nəzərdə tutulmamış əşyaların satın alınması, istirahət və əyləncə üçün münasib zaman deyil.