“TikTok” fenomeni faciəvi şəkildə öldü


Dünya 03 Okt 2021 23:43:00 141 0

“TikTok” fenomeni faciəvi şəkildə öldü

Meksikada 19 yaşlı "TikTok" fenomeni Qabriel Salazar faciəvi şəkildə ölüb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Salazarın idarə etdiyi lüks avtomobil qəzaya düşüb və bu zaman maşının benzin çəni partlayıb.

Yanan maşında Qabriellə birlikdə daha üç nəfər faciəvi şəkildə ölüb.

Qeyd edək ki, Qabriel Salazarın "TikTok"da 2 milyondan çox izləyicisi var idi.