Behiştin 8 qapısının üzərində nə yazılıb?


Digərləri 03 Okt 2021 22:50:00 144 0

Behiştin 8 qapısının üzərində nə yazılıb?

Həzrət Peyğəmbərə (s) xəbər verirlər ki, Osman ibni Məzun övladının ölümündən sonra qəm və qüssyə düçar olmuş və özünü evdə məhbus etmişdir. Ancaq ibadətlə məşğul olur. Peyğəmbər (s) Osmanın yanına gəlir və buyurur: "Ey Osman! Behiştin 8 qapısı vardır, cəhənnəmin isə 7. Məgər səni xoşhal etməz ki, o zaman ki, bu qapıdan daxil olarsan, övladın yanında dayansın və ətəyindən tutub, sənin üçün Pərvərdigardan şəfaət istəsin?". Bu hədisdən də göründüyü kimi, Allahın rəhməti həmişə qəzəbini üstələmişdir. Ona görə də behiştin səkkiz və cəhənnəmin yeddi qapısı vardır.

Həzrət Peyğəmbərin (s) bu haqda buyurduqlarına nəzər salmaq üçün hədislərin sorağına gedək. Belə ki, Həzrət (s) nəql edir: "Merac gecəsində məni səmaya aparan zaman mən behişti gördüm ki, 8 qapısı var idi. Hər bir qapısının üstündə dörd kəlmə yazılmışdı ki, hər bir kəlməni bilib əməl edən üçün bütün dünya və onda olanlardan daha yaxşıdır.

Birinci qapının üzərinə yazılmışdı:

"Yeganə Allahdan başqası yoxdur və Muhəmməd (s) - Onun rəsulu və Əli (ə) - Allahın yer üzündə olan vəlisidir. Hər bir şeyin yolu və çarəsi vardır. Rahatlığa çatmağın yolu - dörd sifətdir: qənaət, haqq toxumu səpmək, kini tərk etmək, xeyir əhli ilə yoldaş olmaq".

Behiştin ikinci qapısının üzərində yazılmışdı:

"Yeganə Allahdan başqası yoxdur və Muhəmməd (s) - Onun rəsulu və Əli (ə) - Allahın yer üzündə olan vəlisidir. Hər bir şeyin yolu və çarəsi vardır. Axirət sevincinə çatmağın yolu - dörd sifətdir: yetimlərin başına əl çəkmək, dul qadınlara sevgi göstərmək, möminin ehtiyacını aradan qaldırmaq üçün çalışmaq, yoxsulları və miskinləri ziyarət etmək".

Behiştin üçüncü qapısının üzərində yazılmışdı:

"Yeganə Allahdan başqası yoxdur və Muhəmməd (s) - Onun rəsulu və Əli (ə) - Allahın yer üzündə olan vəlisidir. Hər bir şeyin yolu və çarəsi vardır. Dünyada salamatlığa çatmağın yolu - dörd sifətdir: az danışmaq, az yatmaq, az yol getmək, az yemək".

Behiştin dördüncü qapısının üzərində yazılmışdı:

"Yeganə Allahdan başqası yoxdur və Muhəmməd (s) - Onun rəsulu və Əli (ə) - Allahın yer üzündə olan vəlisidir. O kəsin ki, Allaha və Qiyamət gününə imanı vardır, gərək qonağını əziz tutsun. O kəsin ki, Allaha və Qiyamət gününə imanı vardır, gərək qonşusunu əziz tutsun. O kəsin ki, Allaha və Qiyamət gününə imanı vardır, gərək ata və anasına ehtiram etsin. O kəsin ki, Allaha və Qiyamət gününə imanı vardır, gərək ya yaxşı söz danışsın, ya da sussun".

Behiştin beşinci qapısının üzərində yazılmışdı: