Cəhənnəm əhlinin siması necədir?


Digərləri 03 Okt 2021 20:45:00 144 0

Cəhənnəm əhlinin siması necədir?

Bəzi Quran ayələri vardır ki, cəhənnəm əhlinin vəziyəti haqqında bizə qısa da olsa, məlumat vermişdir.

Belə ki, cəhənnəm əhlinin bütün bədəni cəhənnəm atəşi üçün bir odundur ki, atəş onların vasitəsilə şölələnər. "Və əgər (belə bir işi) etməsəniz - heç vaxt edə bilməyəcəksiniz də - onda, kafirlər üçün hazırlanmış və yanacağı insanlar və daşlar olan oddan çəkinin". ("Bəqərə" 24).

"Həqiqətən, kafirlərin nə malları və nə də övladları onlardan Allah(ın əzabın)dan olan heç bir şeyi əsla uzaqlaşdırmayacaqdır. Onlardır (Cəhənnəm) odun(un) yanacaqları!". ("Ali-İmran" 10).

Onların əynində atəşdən olan paltar olar və bundan başqa odlu lava kimi bir maddəni üz və başlarına tökərlər. "Beləliklə küfr etmiş kəslər üçün oddan libaslar kəsilmişdir və (Cəhənnəmdə) onların başlarına qaynar su töküləcəkdir". ("Həcc" 19).

Belə təsəvvür olunmasın ki, onların bədəni atəşə öyrənmişdir və əziyyət görmür. O zaman ki, atəş üzlərini bürüyər, üzlərinin dərisi aralanar və dodaqlar qaçar. "Od(un şölələri) şiddətlə üzlərinə çırpılar və onlar orada qaşqabaqlı və xar olarlar və dodaqları yandığı üçün dişləri görünər". ("Muminun" 104).

Bundan başqa alınlarına, böyürlərinə və bellərinə haram yolla əldə edib düzgün olmayan yollarda istifadə etdikləri haram mala görə dağ basılacaqdır ki, izləri üzündə qalacaqdır. "O gün ki, onlar (həmin qızıl-gümüş) Cəhənnəm odunda qızardılacaq və onlarla həmin şəxslərin alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq (onlara): "Bu, özünüz üçün yığdığınız həmin xəzinələrdir, odur ki, dadın yığdıqlarınızın cəzasını!" (deyiləcəkdir)". ("Tövbə" 35).

Cəhənnəm əhlinin zahiri dünyada olduğu kimi deyildir ki, bir dəfə yanmaqla aradan getsin. Bəlkə əsirlər boyu yanmaqlarına və işgəncə görməklərinə baxmayaraq, bədənlərinin əsl forması aradan getməz. "Kafir olanlar üçün Cəhənnəm odu vardır. (Orada) nə onların ölümünə hökm olunar ki, ölsünlər və nə də əzabları yüngülləşdirilər. (Bəli,) Biz hər bir kafir və nankora beləcə cəza verəcəyik". ("Fatir" 36).