Saakaşviliyə qarşı ittiham bu gün irəli sürməyəcək Gürcüstan Prokurorluğu


Dünya 03 Okt 2021 19:00:00 108 0

Saakaşviliyə qarşı ittiham bu gün irəli sürməyəcək  Gürcüstan Prokurorluğu

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə qarşı qanunsuz sərhədi keçməsi ilə bağlı ittiham bu gün sürülməyəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Prokurorluq Saakaşvilinin digər işlər üzrə həbsdə olduğunu açıqlayıb - məhkəmənin qiyabi hökmünə əsasən, eks -prezident 6 il müddətinə azadlıqdan məhrum edilib.

M.Saakaşvili oktyabrın 1-də axşam Tbilisidə saxlanılıb. Prokurorluğun məlumatına əsasən, o, qanunsuz olaraq sərhədi keçərək Ukraynadan Gürcüstana gəlib.

Eks-prezident bir sıra cinayət işlərində ittiham olunur, onlardan ikisində artıq qiyabi hökm oxunub, qalanları isə məhkəmə prosesindədir.