"Özümü gözəl hesab etmirəm"


Şou-biznes 03 Okt 2021 18:14:00 146 0

"Özümü gözəl hesab etmirəm"

Rol aldığı bir sıra layihələrdə canlandırdığı obrazlarla məşhurlaşan türkiyəli aktrisa Biran Damla Yılmaz yerli jurnallardan birinə açıqlama verib.

Son.az axşam.az-a istinadən bildirir ki, 24 yaşlı aktrisa erkən yaşda həyatı anlaya bilməsini oynadığı rollara borclu olduğunu bildirib. O, özünü gözəl hesab etmədiyini də dilə gətirib.

"Mənim üçün gözəllik yaradıldığımız halımızdır: Makiyajsız, estetiksiz, boyasız. Özümü gözəl hesab etmirəm. Güzgüyə də çox baxmıram.

Eşq həyatımda isə qarşı tərəfi daha çox düşünürəm. Bu bir nöqtədən sonra heç də yaxşı özəllik deyil, çünki özümü unuduram".