Sarışın olduğu üçün bu problemlə qarşılaşır


Şou-biznes 03 Okt 2021 17:56:00 119 0

Sarışın olduğu üçün bu problemlə qarşılaşır

Aktyor Burak Yörük sevgilisi, model Elif Aksu ilə ayrılmasından danışıb.

Son.az axşam.az-a istinadən bildirir ki, aktyor xəyanətə uğradığını açıqlayıb. O haqqında şorgöz olması ilə bağlı iddiaların doğru olmadığını ifadə edib:

"Qadın ilgisindən məhrum və ya buna ehtiyacı olan biri deyiləm. "Şorgöz" sözünü özümə yaraşdırmıram. Bəli, xəyanətə uğradım. Mesajlarını tutdum və ayrıldım".  

Burak sarışın olduğu üçün bir çox layihənin əlindən çıxdığını da vurğulayıb:

"Sarışın olduğuma görə layihə itirdiyim olur. Səbəbini mənə demirlər, amma rolu alan şəxsi gördükdən sonra anlayıram".

Qeyd edək ki, aktyor "Aşk mantık intikam" serialında rol alır.