XİN türkdilli ölkələri təbrik etdi


Digərləri 03 Okt 2021 12:08:00 111 0

XİN türkdilli ölkələri təbrik etdi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi türkdilli ölkələri 3 oktyabr - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsasını qoyan Naxçıvan Sazişinin 12-ci ildönümü - Türkdilli Ölkələrin Əməkdaşlığı Günü münasibətilə təbrik edib.

Son.az xəbər verir ki, nazirlik bu barədə özünün tvitterdəki səhifəsində təbrik yayıb.

"3 Oktyabr-Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsasını qoyan Naxçıvan Sazişinin 12-ci ildönümü, Türkdilli Ölkələrin Əməkdaşlığı Günüdür. Bütün Türkdilli dövlətləri və xalqları bu münasibətlə təbrik edir və əməkdaşlığımızın hər zaman güclü olmasını diləyirik!", - təbrikdə qeyd edilir.