Trampdan "Twitter" ilə bağlı tələb


Dünya 03 Okt 2021 11:48:00 146 0

Trampdan "Twitter" ilə bağlı tələb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Floridadada federal hakimdən "Twitter"i bloklanmış hesabını bərpa etməyə məcbur etməsini istəyib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

Trampın vəkilləri məhkəməyə sosial şəbəkənin söz azadlığının zəmanətini təyin edən ABŞ Konstitusiyasına edilən ilk dəyişikliyi pozduğunu bildirən müraciət ediblər.

Xatırladaq ki, "Twitter" daha əvvəl Trampın səhifəsini qeyri-müəyyən, "Facebook" və "İnstaqram" isə iki il müddətinə bloklayıb.

İyun ayında Tramp "Facebook"un bu sosial şəbəkədə və "İnstagramda"kı hesablarını bloklama qərarının 2020-ci il seçkilərində ona səs verən 70 milyondan çox amerikalıya hörmətsizlik və söz azadlığının pozulması cəhdi olduğunu adlandırıb.