Dama çıxıb interneti düzəltmək istəyirdi, yıxılıb öldü Sumqayıtda


Digərləri 03 Okt 2021 11:12:00 117 0

Dama çıxıb interneti düzəltmək istəyirdi, yıxılıb öldü  Sumqayıtda

Sumqayıtda bədbəxt hadisə ölümlə nəticələnib.

Son.az APA-ya istinadən bildirir ki, şəhərin Hacı Zeynalabdin qəsəbəsində beşmərtəbəli yaşayış binasının damına çıxan 1986-cı il təvəllüdlü Sərxanov Rauf Məmmədalı oğlu internet şəbəkəsində yaranan problemi aradan qaldırmaq istəyərkən oradan yıxılıb. Ağır xəsarətlər alan 35 yaşlı kişi ölüb. Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.