Rusiyada avtobus aşdı, 12 nəfər xəsarət alıb


Digərləri 03 Okt 2021 09:58:00 114 0

Rusiyada avtobus aşdı, 12 nəfər xəsarət alıb

Rusiyanın Xabarovsk diyarında sərnişin avtobusu aşıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "İnterfaks"a regionun Yol Hərəkəti Təhlükəsizliyi Dövlət Müfəttişliyi İdarəsindən bildiriblər.

Məlumata əsasən, qəza zamanı avtobusda 40 sərnişin və sürücü olub. Qəza nəticəsində 12 nəfər xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlar xəstəxanaya çatdırılıb.