İmam Zaman ağanın evi haradadır?


Digərləri 02 Okt 2021 20:50:00 114 0

İmam Zaman ağanın evi haradadır?

Həzrət İmam Zaman ağa (ə.f) ilə bağlı gizli sirlərdən biri də o Həzrətin (ə.f) yaşadığı məkandır. İmamın (ə.f) intizarını çəkənlər bilmək istəyirlər ki, İmam (ə.f) dünyanın hansı nöqtəsində sakin olur. O əzizin evi haradadır? (Tebyan)

Kiçik qeyb zamanı.

Hədislərdən belə görünür ki, Həzrət (ə.f) kiçik qeyb zamanında iki yerdə sakin olmuşdur: İraqda və Mədinədə. İmam Sadiq (ə) buyurur: "Qaim (ə.f) üçün iki qeyb vardır: biri - qısa və o birisi isə uzundur. Birinci qeybdə heç kəs onun yerini bilməz, onun xüsusi davamçılarılarından başqa". Belə görünür ki, İmamın (ə) buyurduğu xüsusi davamçılar - həmin naiblərdir. Hədislərin bir çoxu buyurur ki, Həzrət (ə.f) Mədinədə olmuşdur. Lakin öz naibləri ilə rabitə qurmaq üçün ömrünün bir hissəsini İraqda keçirtmişdir.

Böyük qeyb zamanı.

Əllamə Məclisi Əli ibni Fazildən bir hekayə nəql edir ki, İmamın (ə.f) Xəzra adasında yaşadığına işarə edir. Baxmayaraq ki, Əli bu adada İmamla (ə.f) görüşə bilməmişdir, lakin övladı ilə görüşüb ondan məlumat toplamışdı.

Bəziləri isə belə güman edir ki, İmamın (ə.f) yaşadığı yer - Bermud üçbucağıdır. Deyirlər ki, çünki bu yerə heç kəs gedib çıxa bilmir. Hər nə qədər ora getməyə cəhd edilibsə də, nəticəsiz qalmışdır.

Heç kəs İmamın (ə.f) yaşadığı yeri dəqiq bilmir. İmam Sadiqin (ə) buyurduğuna görə, İmam Zaman ağanın (ə.f) hər il gəldiyi yer - Ərəfat səhrasıdır. İmam (ə.f) hər il həcc əyyamında Ərəfata gəlir. İmam Sadiq (ə) buyurur: "O zaman gəlib çatacaqdır ki, insanlar zəmanələrinin İmamını görməyəcəklər. İmam isə həcc mərasimində onları görəcək. Lakin onlar onu görməyi bacarmazlar".