Sirr saxlamağı bacarmalıyıq


Digərləri 02 Okt 2021 19:45:00 310 0

Sirr saxlamağı bacarmalıyıq

İmam Əli (ə) buyurur: "Qələbə - ehtiyatın girovudur və ehtiyatın sirri - düşüncəni işə salmaqdır və düşüncənin cövhəri isə sirri saxlamaqdır".

İmam Əli (ə) Malik Əştərə belə tövisyə vermişdi: "Rəiyyətin içərisində ən çox o kəsləri düşmən bil ki, insanların çirkinliklərini deməkdə təkid edərlər. Çünki insanların eybi və çirkinlikləri vardır ki, onları örtməyə ən layiqli insan hakimdir. Ona görə də insanların o şeyi ki, səndən gizlidir, araşdırma ki, aşkar olsun. Allah səndən gizli olana hökm edər. Ona görə bacardığın qədər çirkinlikləri ört ki, rəiyyətdən gizli saxlamaq istədiyin çirkinliklərin örtülsün".

İmam Əli (ə) boşboğazlar haqqında buyurur: "Aqilin dili ürəyinin arxasındadır və nadanın ürəyi dilinin arxasındadır". İmam (ə) buyurur ki, aqil insan dilini boş buraxmaz və əvvəl ürəyi ilə məsləhətləşər və düşünərək rəy verər və sonra danışar. Ona görə də dili ürəyinə itaət edər. Ancaq nadanın ürəyi dilinə itaət edər.

Hər bir müsəlman başqalarının eybini gizlətməyi bacarmalıdır və bu, onun dini vəzifəsidir. İmam (ə) buyurur ki, necə ki, istəmirsən sənin sirrini insanlar bilsinlər, eləcə də başqalarının sirrini saxlamağa çalış, çünki onlar da bunu istəmir.

Həzrət Peyğəmbər (s) buyurur: "Möminin büdrəmələrini araşdırmayın. Çünki hər kim qardaşının büdrəməsini araşdırarsa, Allah onun büdrəmələrini izləyər. O kəsin ki, büdrəmələrini Allah izləyər, onu rüsvay edər. Baxmayaraq ki, evinin içində olsa belə".