Azərbaycanda qadın körpəsini ölümdən xilas etdiyi üçün əri tərəfindən döyüldü


Digərləri 02 Okt 2021 14:44:00 91 0

Azərbaycanda qadın körpəsini ölümdən xilas etdiyi üçün əri tərəfindən döyüldü

Azərbaycanda qadın körpəsini qoruduğu üçün əri tərəfindən döyülüb. 

Son.az bildirir ki, bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə "Facebook" hesabında paylaşım edib.

O bildirib ki, atası doqquz aylıq uşağı öldürmək istəyib:

"Qadın körpəsini qoruduğu üçün əri onu döyüb. Sosial şəbəkədən məni tapıb. Dərhal hadisə baş verən ərazi üzrə polis bölməsinə yönləndirdim. Təhqiqat başladılıb. Amma kim qarant verə bilər ki, həmin qadın evə döndüyündə öldürülməyəcək? Yoldaşı narkotik istifadəçisidir.

Sübuta yetirməyə zaman lazımdır... Zaman isə nə qadının, nə də körpənin xeyrinə çalışmaya da bilər. Evə dönə bilməz, qardaşı da öldürəcəyini bildirib".

Son.az