Xalq artisti reanimasiyaya yerləşdirilib


Digərləri 02 Okt 2021 10:23:00 105 0

Xalq artisti reanimasiyaya yerləşdirilib

Gəncə Dövlət Dram Teatrının rejissoru, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Vaqif Şərifovun vəziyyəti ağırlaşıb.

Son.az APA-ya istinadən bildirir ki, xalq artistin səhhətində ciddi problem yarandığı üçün Gəncə şəhər 3 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan APA-ya verilən məlumata görə, ürəyində problem yaranan V. Şərifovun vəziyyəti ağır olaraq qalır.