Vaksindən virusa yoluxmaq mümkündürmü?


Digərləri 02 Okt 2021 09:30:00 142 0

Vaksindən virusa yoluxmaq mümkündürmü?

Vaksindən koronavirusa yoluxmaq barədə səsləndirilən fikirlər doğru deyil çünki vaksindən virusa yoluxma mümkün deyil.

Bunu Trend-ə Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

T.Eyvazov bildirib ki, əgər insan vaksin vurduran ərəfədə və yaxud sonra virusa yoluxursa bunu vaksinə əlaqələndirmək doğru deyil:

"Vaksinlərin tərkibində canlı virus olmadığına görə onların istifadəsindən yoluxmaq mümkün deyil. İstər vaksin vurulan ərəfədə, istərsə də vaksin vurdurduqdan sonra insan virusa yoluxa bilər və bu gizli dövrdən sonra (2-14 gün arası) meydana çıxa bilər. Bu yoluxmanın səbəbi vaksin deyil, viruslu insanla təmasda olmaqdır".

Qeyd edək ki, Azərbaycanda yanvarın 18-dən etibarən vaksinasiya prosesinə başlanılıb. Hazırkı dövrədək ölkədə vurulan vaksinlərin ümumi sayı 8 623 360, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 778 843, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 844 517 təşkil edir.