ABŞda helikopterlə təyyarə toqquşub, ölənlər var


Dünya 01 Okt 2021 23:10:00 135 0

ABŞda helikopterlə təyyarə toqquşub, ölənlər var

ABŞ-ın Arizona ştatında iki nəfər helikopterlə təyyarənin toqquşması nəticəsində ölüb.

Trend-in məlumatına görə, bu barədə ABC 15 nəşri xəbər verib.

Məlumata əsasən, hava gəmiləri ABŞ-ın Çendler hava limanının yaxınlığında toqquşub.

Toqquşmadan sonra helikopter qəzaya uğradı, göyərtədəki iki sərnişin ölüb. Eyni zamanda təyyarə təhlükəsiz şəkildə uçuş-enmə zolağına enib.