Hərbçi paltarı geyinib “əliləm” dedi, amma…


Digərləri 01 Okt 2021 22:40:00 126 0

Hərbçi paltarı geyinib “əliləm” dedi, amma…

"2-ci Dünya müharibəsindən sonra bəzi adamlar hərbi paltar geyinərək bir sıra qanunsuz əməllər törətməyə başladılar. NKVD-nin araşdırmalarından sonra məlum olurdu ki, həmin şəxslər xəstəlik adı ilə müharibədən yayınıblar". 

Son.az bildirir ki, jurnalist Azər Qismət bunu Facebook profilində yazıb.

O, bildirib: "Azərbaycanda 1-ci Qarabağ müharibəsindən sonra da bəzi şəxslər hərbi paltar geyinərək sui-istifadə hallarına yol verdilər, bəziləri obyektlər sahibi oldular. 

Artıq 44 günlük Zəfər savaşından sonra da belə hallar müşahidə edilməkdədir. Bəzi sosial şəbəkələrdə məlumat yayıldı ki, Bakı şəhər sakini Mürsəlov Babək Albəndə oğluna yardım göstərilmir. Əmək və Əhalinin Sosial Müdafiə nazirliyi ilə əlaqə saxladım. Ordan mənə deyildi ki, Babək Mürsəlov heç vaxt hərbi səbəblərdən əlil olmayıb. Ona birinci dəfə 2009-cu ildə ümumi səbəbdən 5 il müddətinə 2-ci qrup əlillik təyinatı aparılıb.

2016-cı ildə məlum qərardan sonra vətəndaşın əlillik dərəcəsi heç bir müayinə aparılmadan avtomatik 5 il müddətinə uzadılıb. Əlillik müddəti bitdikdən sonra onun yeni göndərişi bu dəfə hərbi səbəb ilə əlaqədar rəsmiləşdirilib və diaqnoz əlillik əlaməti təyin etmədiyindən ona əlillik təyin olunmayıb. Müraciəti əsasında Babək Mürsəlov əyani müayinə edilərkən də göndərişdə qeyd edilən diaqnoz təsdiqini tapmayıb. O, artıq bir neçə dəfə əyani müayinədə iştirak edib və onunla bağlı qərar dəyişməyib.