Gürcüstan səfiri Ukrayna XİNə çağırıldı


Dünya 01 Okt 2021 22:30:00 196 0

Gürcüstan səfiri Ukrayna XİNə çağırıldı

Gürcüstan səfiri eks-prezident Mixail Saakaşvilinin saxlanılma səbəbi ilə bağlı rəsmi informasiya almaq üçün Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna XİN-in mətbuat xidmətinin rəhbəri Oleq Nikolenko bildirib.

"KİV-də Ukrayna vətəndaşı Saakaşvilinin saxlanılması ilə bağlı rəsmi informasiyadan sonra Gürcüstan səfiri tutulmanın əsasları və şərtləri ilə bağlı rəsmi məlumat almaq üçün Xarici İşlər Nazirliyinə çağırılıb", - deyə Nikolenko qeyd edib.