14 ildir öskürəkdən müalicə alırdı Ağciyərindən sümük çıxdı


Digərləri 01 Okt 2021 22:15:00 115 0

14 ildir öskürəkdən müalicə alırdı  Ağciyərindən sümük çıxdı

22 yaşlı tələbə 14 ildir ki, öskürəkdən əziyyət çəkirdi. Çinin Quandhun əyalətindən olan qız 14 il əvvəl toyuq yeyərkən nəfəs borusuna düşən toyuq sümüyü irəliləyərək ağciyər toxumasına ilişib qalıb.

Son.az xəbər verir ki, uşaqlıqdan xroniki öskürəkdən əziyyət çəkən qız müalicələr alsa da faydası yox idi. Ağciyərlərin komputer tomoqrafiyası çəkilsə də heç bir şey tapılmamışdı.

Həkimlər ona bronxoektatik xəstəlik diaqnozu qoyub, antibiotiklər yazmışdı.

Nəfəsalmada da əziyyət çəkən qız həddən artıq çox tərləyirdi.

22 yaşında bir də tomoqrafiyadan keçən tələbə qızın ağciyərində bu dəfəki şüa diaqnostika həkimi sağ ağciyər payında yad cisim aşkarlayır.

Əməliyyata alınan qızın ağciyərindən 2 smlik qaralmış və ətrafı çürümüş toyuq və ya qaz sümük parçası çıxarılıb.

Uzun illərin xroniki öskürəyin səbəbi də bu imiş. /medicina.az