Biləsuvarda evdə yanğın olub


Digərləri 01 Okt 2021 21:40:00 93 0

Biləsuvarda evdə yanğın olub

Biləsuvar rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonun Yuxarı Cürəli kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli 2 otaq və eyvandan ibarət evin (divarları kərpic, tavanı qamışdan ibarət) yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.