Ezgi Mola təhqirə görə 5 min ödəyəcək


Şou-biznes 01 Okt 2021 20:48:00 114 0

Ezgi Mola təhqirə görə 5 min ödəyəcək

Aktrisa Ezgi Mola cərimələnib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb onun ötən il Musa Orhan adlı şəxsi təhqir etməsi olub. Belə ki, Orhanın İpek Erin adlı qıza təcavüz etdiyi iddia olunub. Buna görə də qız intihar edib.

Ezgi günahı təsdiqlənməmiş Musaya səsli və yazılı təhqirlər ünvanlayıb. Bundan sonra onun vəkili aktrisanın müvəkkilinə qarşı işlətdiyi ifadələrə görə 2 il 4 ay müddətinə həbs olunmasını istəyib.

Məhkəmə Ezginin 5 min 200 lirə cərimələnməsi ilə bağlı qərar qəbul edib.