Ac saxlanıldığı deyilən heyvanın son halı VİDEO


Digərləri 01 Okt 2021 19:54:00 140 0

Ac saxlanıldığı deyilən heyvanın son halı  VİDEO

Qapalı məkanda saxlanılan, baxımsızlıqdan arıqlamış alpaqanın son halının görüntüləri yayılıb.

Son.az big.az-a istinadən xəbər verir ki, sözügedən videonu bir müddət əvvəl alpaqanı öz fermasına götürən "Alpaka Azerbaijan" instaqram səhifəsində paylaşıb.

"Xilas olunmuş alpaqamız bu video vasitəsilə onu sevən hər kəsə sevgisini göndərir", - paylaşımda deyilir.

Fermanın əməkdaşı Rasim İsayevin sözlərinə görə, alpaqa bir ay ərzində 6 kiloqram kökəlib və bugünükü gün özünü çox yaxşı hiss edir.