Pele xəstəxanadan evə buraxılıb FOTO


Digərləri 01 Okt 2021 19:42:00 121 0

Pele xəstəxanadan evə buraxılıb  FOTO

Futbol üzrə üçqat dünya çempionu Pele xəstəxanadan evə buraxılıb. O, yoğun bağırsaqda şişin çıxarılması əməliyyatından 10 gün sonra reanimasiya şöbəsindən çıxsa da, sonradan "profilaktik tədbir" olaraq yenidən xəstəxanaya yerləşdirilmişdi.

Son.az oxu.az-a istinadən xəbər verir ki, "Evə qayıtdığım üçün çox xoşbəxtəm. Albert Eynşteyn xəstəxanasında çox mehriban qarşılama təmin edən bütün komandaya təşəkkür etmək istəyirəm. Uzaqda olmalarına baxmayaraq həyatımı çoxlu sevgi mesajları ilə bürüyən hər birinizə minnətdaram", - deyə Pele "Facebook"da yazıb.

Həkimlərin sözlərinə görə, əfsanəvi futbolçu kimyaterapiyanı davam edəcək.