Kənan M.M. həmkarlarına söz atdı:


Şou-biznes 01 Okt 2021 18:24:00 152 0

Kənan M.M. həmkarlarına söz atdı:

Oktyabrın 7-dən rejissor, aktyor Kənan Mahmudovun (M.M.) ATV telekanalında  "Gecə yarısı" serialı başlayır. 

Son.az moderator.az-a istinadən xəbər verir ki, rejissor serialın anonsunu paylaşaraq həkarlarına söz atıb:

"Və beləliklə, 14 yaşımda ideyasının təməlini yazdığım cızma, qaralamanı İlqar Fəhmi ayağa qaldırdı, Çinarə Nüsrətli bəzədi və mən çəkdim.  Bu isə mənə əsəblərimi, gözümün nurunu, cibimin son puluna başa gəldi.

Bu işdə küsən, inciyən aktyor və aktrisalar, söz verib məni bəyənməyən aktyorlar, çəkiliş zamanı yemək yeyib "mən doymadım" deyək aktyor oldu. Olan oldu nəysəki, serialın musiqilərini 6 min manata Türkiyədə yazdırdım. Mənə dedilər ki, "sən dəlisən internetdən 250 manata  alardın". 

Amma mənim tamaşaçılarımın ən gözəl musiqini dinləmək haqqı var. Serial fərqli deyil, fərlidir. Mən inqilab etməyəcəm televiziya məkanında bu inqilabı Rövşən  İsax edib, Rüfət Şahbazov maşallah olsun ki, "Ata ocağını" 5-ci mövsümdür çəkir. Şahin Qəhrəman "Bir qadın" serialı ilə millətin qanını qaraldır. Elvin Abdulla ilk polis serialını çəkib. Gələk əsas məsələyə, sizin hamınızı sevirəm, uşaqlar. Bunu neçə ildə bu yaşımda sübut etməyə gərək yoxdur. Amma  türklər demiş "kusura bakmayın" 22 bölüm hakimiyyəti ələ almağa gəldim. Sizin hər birinizə sonsuz təşəkkür edirəm. Məni qaza gətirdiyinizə görə, məndə ağ qısqanclıq yaratdığınıza görə... Hər şey Azərbaycanımız üçün, hər şey tamaşaçılarımız üçün...".