Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 15 faizə yaxın artıb OPEC
Digərləri 01 Okt 2021 18:12:00 131 0
2020-ci ildə Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2019-cu illə müqayisədə 14,8 faiz artaraq 2,2 trilyon kubmetrə çatıb.
Trend bu barədə OPEC-in illik statistik bülleteninə istinadən məlumat verir.
Qeyd olunur ki, Azərbaycanda təsdiq olunmuş qaz ehtiyatları 2016-cı ildə 1,277 trilyon kubmetr, 2017-ci ildə 1,27 trilyon kubmetr, 2018-ci ildə 1,435 trilyon kubmetr, 2019-cu ildə isə 1,9 trilyon kubmetr təşkil edib.
Hesabata əsasən, ölkədə əmtəə qazının hasilatı 2020-ci ildə əvvəlki illə müqayisədə 7,7 faiz artaraq 20,811 milyard kubmetrə çatıb.
Bu göstərici 2016-cı ildə 17,5 milyard kubmetr, 2017-ci ildə 16,9 milyard kubmetr, 2018-ci ildə 17,8 çilyard kubmetr, 2019-cu ildə isə 20,811 milyard kubmetr təşkil edib.
Mənbə: milli.az