İranın məxfi raket bazasında partlayış:


Digərləri 01 Okt 2021 15:38:00 133 0

İranın məxfi raket bazasında partlayış:

İranın İnqilab Keşikçiləri Korpusunun Tehran yaxınlığındakı məxfi raket bazasında bir neçə gün əvvəl baş vermiş sirli partlayışın görüntüləri yayılıb.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, özəl İsrail kəşfiyyat şirkəti "ImageSat International" məxfi obyektin peykdən partlayışdan əvvəl və sonra çəkilmiş görüntülərini yayıb. Görüntülərə əsasən obyekt sentyabrın 22-də salamat görünsə də sentyabrın 22-də onun bir blokunda ciddi dağıntı görünür.

Söhbət İnqilab Keşikçiləri Korpusunun "Shahid Hemmat Industrial Group" şirkətinin zavodundan gedir. Bu şirkət İranın ballistik raketlər proqramının bir hissəsidir, "Shahab-3" və "Qədr" uzaqmənzilli ballistik raketlərini istehsal edir.

Peyk görüntülərinə əsasən zavodun binasının ən azı dörddə biri tam dağılıb, hərçənd dağıntının miqyası daha böyük ola bilər. Çünki binanın damının bütün konstruksiyası boyu zədələr görünür.

İnqilab Keşikçiləri Korpusu bu həftənin bazar ertəsi Tehran yaxınlığındakı "araşdırma mərkəzlərindən" birində "yanğın baş verdiyini" açıqlayıb və Korpusun iki əməkdaşının aldığı xəsarətlərdən öldüyünü bildirib. Lakin həmin obyektin adını açıqlamayıb.