Müğənni Səyyad Əlizadə dəfn olunub FOTO


Digərləri 01 Okt 2021 15:20:00 114 0

Müğənni Səyyad Əlizadə dəfn olunub  FOTO

Müğənni Səyyad Əlizadə Füzulidə dəfn olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, Səyyad Əlizadə əvvəlcə Füzuli rayonu Babı kəndinə ata evinə gətirilib və Babı kənd qəbirstanlığında dəfn edilib.

Xatırladaq ki, S.Əlizadə bir ay əvvəl koronavirusa yoluxub. Əvvəlcə evdə müalicə olunan müğənni səhhəti ağırlaşdıqdan sonra FHN-in Zığdakı modul tipli hospitalına yerləşdirilib. Ötən gecə isə Mərkəzi Gömrük Hospitalına köçürülüb. Dünən isə koronavirusa yoluxan tanınmış müğənni Səyyad Əlizadə vəfat edib.