Şəhid Zərbəli Qafarovun doğum günü idi


Digərləri 01 Okt 2021 14:26:00 118 0

Şəhid Zərbəli Qafarovun doğum günü idi

Ailəsi onunla bağlı xatirələrini bölüşür

Son.az Real TV-yə istinadən bildirir ki, 8 oktyabr 2020-ci ildə Tərtər rayonunun Talış və Suqovuşan kəndləri istiqamətində gedən döyüşdə şəhid olan, 2 övlad atası Zərbəli Qafarovun doğum günü idi.

Qafarov Zərbəli Vidadi oğlu 13 iyun 1990-cı ildə Gəncə şəhərində doğulub. Müddətdən artıq hərbi xidmət keçən Zərbəlinin anası Xalidə xanım deyir ki, o bizi sanki şəhid olacağına öncədən hazırlayırdı. Müharibədən öncə bütün ailə üzvləri ilə sağollaşaraq onlara biri-birindən muğayət olmaqlarını istəyib.

Şəhid Qafarov Zərbəli "Vətən uğrunda" (ölümündən sonra) medalı ilə təltif edilmişdir.