Abırı aparan, ömrü qısaldan, duaları həbs edən günahlar


Digərləri 30 Sen 2021 23:55:00 168 0

Abırı aparan, ömrü qısaldan, duaları həbs edən günahlar

Yaxşı əməl insanın ürəyini və simasını nurlandırdığı halda, günah ürəyi qaraldar və başqalarının nifrətinə səbəb olar.

İmam Sadiq (ə) ən şox mənfi təsir qoyan günahlara işarə etmiş və buyurmuşdur: "O günah ki, neməti dəyişdirər - başqalarının haqqına təcavüz etməkdir. Peşmanlıq gətirən günah - qətldir. O günah ki, giriftarlıq əmələ gətirər - zülmdür. O günah ki, abırı aparar - şərabxorluqdur. O günah ki, ruzinin qarşısını alar - zinadır. O günah ki, ölümü tezləşdirər - qohumlarla əlaqəni kəsməkdir. O günah ki, duaların qəbul olmasına mane olar - ata və anaya itaətsizlik etməkdir".

Qətl.

Peşmanlıq gətirən kəbirə günah - qətldir. İmam Səccad (ə) buyurur: "O günah ki, peşmanlıq gətirər, (onlardan biri) Allahın (öldürməsini) haram etdiyi insanı öldürməkdir".

Allah Təala Qabilin qardaşını öldürmək macərasında buyurur: "Səhəri peşman halda etdi".

Abırı aparan günahlar.

Pərdəni kənara çəkən günahlar ibarətdir:

1. Qaytarmağa niyyəti olmadığı halda borc almaq.

2. İsraf etmək.

3. Ailəyə qarşı simiclik etmək.

4. Pis əxlaq.

5. Az səbir.

6. Tənbəllik.

7. Dindarlara xəyanət etmək.

Ömrü qısaldan günahlar.

Bəzi günahlar ömrü qısaldar və onlar ibarətdir:

1. Qohumlarla əlaqəni kəsmək.

2. Yalandan and içmək.

3. Yalan danışmaq.

4. Zina.

5. Müsəlmanların yolunu bağlamaq.