Vətən Müharibəsinin 4cü günü: İşğalçı Ermənsitan ordusunun dinc qurbanları Trend TVnin reportajı


Digərləri 30 Sen 2021 15:48:00 113 1

Vətən Müharibəsinin 4cü günü: İşğalçı Ermənsitan ordusunun dinc qurbanları  Trend TVnin reportajı

Vətən müharibəsinin 4-cü günü erməni ordusunun Tərtəri artilleriya silahlarından atəşə tutması nəticəsində 2 mülki şəxs həlak olub, ikisi isə yaralanıb. Həlak olanlar Şahin İbrahimov və onun qayınatası Müzəffər Əliyev rayonun Dəmirçilər kənd sakinləri olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, qayınata öz kürəkənini səfərbərlik xidmətindən döyüşə yola salmaq üçün rayon mərkəzinə gəlmişdi.

Məhz elə ailə faciəsi həmin zaman baş verib. 34 yaşlı Şahin İbrahimovun iki körpə yaşlı övladı atasız qalıb. Bundan başqa, həmin hadisədə Şahinin atası Mahmud İbrahimov və əmisi oğlu Fuad İbrahimli qəlpə yaraları alıb.


Xəbərə aid video