Doğum, yaş və şəhadət möcüzəsi


Digərləri 30 Sen 2021 15:24:00 129 0

Doğum, yaş və şəhadət möcüzəsi

Şəhadət və doğum günü eyni olan Ağaqardaş Abbasov

Son.az Real TV-yə istinadən bildirir ki, 28 sentyabr tarixində 28 yaşında şəhadətə ucalan Ağaqardaş Abbasovun 28 yaşı vardı.

Onun vətənə olan sevgisi bütün sevgilərdən üstün olub və o, öz peşəsindən imtina edərək ordu sıralarına qatılmışdı. Şəhidimiz 1992-ci ildə 28 sentyabrda Zərdab rayon Hüseynxanlı kəndində anadan olub.

2014 ci ildə ali təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə çağrılıb. Xidməti dövründə zabitlik kursunu da bitirərək leytnant rütbəsini alıb. Həqiqi hərbi xitməti başa vurduqdan sonra Ağaqardaş Abbasov yenidən könüllü olaraq ordu sıralarında xidmətə başlayıb.

İlk olaraq Cəlilabaddakı hərbi hissələrin birində xidmətə başlayan şəhidimiz, daha sonra Ağcəbədi, Beyləqan və Füzuli rayonlarında xidmətini davam etdirib.

Sentyabrın 27 də başlayan İkinci Vətən müharibəsində Füzuli rayon istiqamətində gedən döyüşlərə qatılıb.

Elə həmin gün rayonun Yuxarı Əhmədbəyli kəndi istiqamətində gedən döyüşlərdə güllə yarası alan Ağaqardaş Abbasov yaralı-yaralı döyüşə davam edib.