Ərdoğan və Putin arasında maraqlı dialoq: "Məndə 1516dır" VİDEO


Dünya 29 Sen 2021 22:40:00 113 0

Ərdoğan və Putin arasında maraqlı dialoq: "Məndə 1516dır"  VİDEO

Soçidə prezident Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında baş tutan təkbətək görüşdən sonra tərəflər iqamətgahın qarşısında söhbət edib.

Son.az kanal.az-а istinadən bildirir ki, ayaqüstü söhbət zamanı Ərdoğan Putindən koronavirusa qarşı immunitetin səviyyəsini soruşub. Putinin "15-16-dır" deyə cavab verməsindən sonra Ərdoğan bunun az olduğunu ifadə edib. Putin isə hesablamanın fərqli şəkildə aparıldığını bunun yüksək nəticə olduğunu ifadə edib:

Putin: Sizə də gücləndirici doza etdirmək zamanı gələndə bunu Sputnik V peyvəndi ilə edin.

Ərdoğan: Onu mən BioNTech olaraq qəbul etdim.

Putin: Onda növbəti dəfəyə.