İtaliya bəzi ölkələrlə turizm dəhlizləri açır


Dünya 29 Sen 2021 21:40:00 141 0

İtaliya bəzi ölkələrlə turizm dəhlizləri açır

İtaliyanın səhiyyə naziri Roberto Speranza, Avropa Birliyi xaricində bir sıra ölkələrlə eksperimental əsaslarla və xüsusi protokollarla turizm dəhlizlərinin təhlükəsizliyini müəyyən edən fərman imzaladı. Son.az aviatravel.az-a istinadən bildirir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Söhbət Maldiv adalarından, Mavritaniyadan, Seyşel adalarından, Dominikan Respublikasından, Misirdən (yalnız Şarm əş-Şeyx və Marsa Alam şəhərlərindən) və Arubadan gedir.

İtaliyaya turist girişi Avropa İttifaqı ölkələrindən, eləcə də İngiltərədən, ABŞ -dan, Yaponiyadan və Kanadadan COVİD-19 test sertifikatı ilə mümkündür.