Gəlinin atası qızıllara görə bəyin ailəsini güllələdi


Digərləri 29 Sen 2021 12:18:00 111 0

Gəlinin atası qızıllara görə bəyin ailəsini güllələdi

Türkiyədə gəlinin atası ailələr arasında zinət əşyaları üstündə düşən mübahisə zəminində kürəkənini, qudalarını və bəyin bacısını silahla vuraraq yaralayıb.

Son.az Xəzər TV-yə istinadən bildirir ki, ilginc hadisə Trabzon şəhərində yaşanıb. 11 sentyabr Qaradəniz Texniki Universitetinin Farabi Xəstəxanasında çalışan dr. Burcu Bulut Keleş və həmkarı Ümit Keleşin toy mərasimi zamanı cütlüyün ailələri qızıl taxma mərasimi zamanı mübahisə ediblər.

Bundan sonra 25 sentyabr ailələr arasında eyni səbəblə mübahisə yaranıb və gəlinin atası bəyin ailə üzvlərinə silahla atəş açıb. Ailə üzvləri xəstəxanaya yerləşdirilib, vəziyyətləri normaldır. Gəlinin atası isə polis əməkdaşları təfərindən qaçarkən yaxalanıb.

Polis idarəsindəki dindirməsində gəlinin atası Basri Bulut: "Bəyin ailəsinin toyda taxdığı qızılları istədiyini öyrənəndə qızılların qızımda qaldığını istədim, onlar da üzərimə yeridilər. Ona görə də atəş açmalı oldum" deyə, bildirib.   Mübahisəli məsələ bu şəkildə sonlandıqdan sonra cütlüklər boşanıb.