ABŞ: Mərkəzi Asiya bizi Rusiya və Çinə alternativ görür


Dünya 29 Sen 2021 12:00:00 114 0

ABŞ: Mərkəzi Asiya bizi Rusiya və Çinə alternativ görür

Mərkəzi Asiyanın bir sıra ölkələri ABŞ-la əlaqələri davam etdirməkdə maraqlıdır və bunu Rusiya ilə Çinlə qarşılıqlı əlaqənin alternativi hesab edirlər.

Son.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Kennet Makkenzi deyib.

O bildirib ki, bu yaxınlarda Qazaxıstanın paytaxtı Nur-Sultanda konsultasiyalarda iştirak edib və Özbəkistan, Tacikistan, Qazaxıstan və Qırğızıstan nümayəndələri ilə müzakirələr aparıb:

"Onlar əvvəlki kimi ABŞ-la əlaqələrinin olmasını istəyirlər. Təəssüf ki, coğrafi baxımından onlar hər zaman Rusiya və Çinlə çalışmalı olacaqlar. Lakin düşünürəm, partnyorlarımız əmin olmaq istəyirlər ki, ABŞ Əfqanıstandan getdikdən sonra belə onlardan üz çevirməyib".