"Səmayə"nin rəhbərliyi cərimələndi


Digərləri 28 Sen 2021 18:18:00 115 0

"Səmayə"nin rəhbərliyi cərimələndi

Salyan rayonu, Xıdırlı kəndində fəaliyyət göstərən "Səmayə" şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.

Bu barədə Son.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub.

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.