Ramil Nabranın ailəsinə ağır itki "Muradımızı itirdik"


Şou-biznes 28 Sen 2021 12:48:00 175 0

Ramil Nabranın ailəsinə ağır itki  "Muradımızı itirdik"

Repçi Nabil Nabranın ailəsinə ağır itki üz verib.

Son.az Baku.ws-ə istinadən xəbər verir ki, sənətçinin bibisi nəvəsi Murad uzun sürən xəstəlikdən sonra vəfat edib.

Bu haqda repçi özü məlumat verib. Ramil qohumunun vəfatı üçün dərin kədər hissi keçirdiyini dilə gətirib:

"Muradımızı itirdik. Nə qədər çalışsaq da, "Elgizlə izlə" proqramının çəkiliş heyəti də əziyyət çəksə də, doğma qardaşı Sahib qara ciyər donor olsa da, xeyirxah Azərbaycan xalqı onun sağalması üçün maddi yardim göstərsə də, əfsuslar olsun ki, ölüm qalib gəldi.