Bakı Musiqi Akademiyasında anım tədbiri və BMAda təhsil almış ll Qarabağ Vətən müharibəsi iştirakçıları ilə görüş keçirildi VİDEO FOTO


Digərləri 27 Sen 2021 23:34:00 147 0

Bakı Musiqi Akademiyasında anım tədbiri və BMAda təhsil almış ll Qarabağ Vətən müharibəsi iştirakçıları ilə görüş keçirildi  VİDEO  FOTO

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında anım tədbiri və  BMA-da təhsil almış ll Qarabağ Vətən müharibəsi iştirakçıları ilə görüş keçirildi. 

İlk öncə ll Qarabağ müharibəsində şəhid olan igid döyüşçülırimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra BMA-nın rektoru, Xalq artisti, professor, Fərhad Bədəlbəyli açılış nitqi ilə çıxış edərək, 44 günlük Vətən müharibəsinin şəhidlərini ruhunu andı və igid döyüşçülərimizin qəhrəmanlıqlarından, şücaətindən söz açdı.

Beynəlxalq Əlaqələr, Sosial Məsələlər və İctimaiyyətlə əlaqələr üzrə  prorektoru, Xalq artisti, professor Yeganə Axundova da II Qarabağ müharibəsində şəhid olan döyüşçülərimizə rəhmət, qazilərimizə can sağlığı dilədi. Y.Axundova BMA-da təhsil alan, ll Qarabağ müharibəsində iştirak etmiş tələbələrə söz verdi. Onlar hər biri döyüş zamanı yaşadıqları dəhşətli anlardan, ölümlə necə  üz-üz olduqlarından, döyüşçülərimizin igidliklərinindən, düşmənin acizliyindən və s. müharibə təəssüratlarından bəhs etdilər:

II Qarabağ müharibəsi qazisi, BMA-nın məzunu, beynəlxalq və respublika müsabiqələr laureatı, "Heydər zirvəsi" medalı, "Cəsur Döyüşçü" medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olunan   Vüqar Məmmədzadənin hazırladığı  "Şəhidlərə ithaf" adlı videogörüntü təqdim olundu.

II Qarabağ müharibəsi döyüşçüsü, BMA-nın skripka ixtisası üzrə məzunu, "Füzulinin azad olunmasına görə" medalı, "Xocavəndin  azad olunmasına görə" medalı ilə  döyüş və ictimai-siyasi hazırlıqda əldə etdiyi nəaliyyətlərə görə fəxri fərmanla təltif olunan Əzizağa Quluzadə,  BMA-nın fortepiano ixtisası məzunu, "Laçının  azad olunmasına görə" medalı ilə təltif olunan   Murad Bayramov, BMA-nın musiqi müəllimliyi ixtisası üzrə Il kurs tələbəsi, "Füzulinin azad olunmasına görə" medalı,  "Xocavəndin  azad olunmasına görə" medalı, "Cəbrayılın  azad olunmasına görə" medalı ilə təltif olunan  Adil Əmirli "Şəhid yoldaşlarına ithaf" adlı bəstəsini ifa etdi.   II Qarabağ müharibəsi döyüşçüsü,  BMA-nın solo oxuma ixtisası üzrə məzunu, beynəlxalq və respublika müsabiqələr laureatı, Gənclər Prezidenti mükafatçısı, Rusiya "Большой Театр"nın  Gənclər truppasının  solisti,  hal-hazırda İtaliyanın Neapol şəhərinin San-Karlo opera balet teatrının gənclər truppasının solisti Cəbrayılın və Xocavəndin  azad olunması uğrunda döyüşən  Atəş Qarayev  musiqisi  BMA-nın dosenti, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynova da Vətən müharibəsində həlak olmuş şəhidlərin ruhunu anaraq, sözləri Vahid Əzizə məxsus şəhid Ülvi Hacıyevin xatirəsinə həsr olunmuş  "Şəhidlik zirvəsində" əsərini Atəş Qarayevin ifasında videogörüntü ilə tamaşaçılara təqdim etdi. Sonra professor Yeganə Axundovanın müşayiətilə Atəş Qarayev V.Adıgözəlovun "Qərənfil" əsərini ifa etdi.

Tədbir tamaşaçıların gurultulu alqışları ilə sona çatdı.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Son.az, Azernews.az