Vaksinin effektivliyini artıran amillər


Digərləri 27 Sen 2021 22:44:00 114 0

Vaksinin effektivliyini artıran amillər

Rusiya alimləri multivitaminlərin koronavirusa qarşı peyvəndlər də daxil olmaqla immunogenliyi artıra biləcəyini hesab edir.

Son.az xəbər verir ki, tədqiqatçılar qida maddələrinin peyvəndlərə təsiri ilə əlaqədar 6.6 mindən çox elmi məqalənin nəticələrini ümumiləşdirərək bu nəticəyə gəlib. Araşdırmanın nəticələri "medRxiv" portalında yayımlanıb.

"Araşdırmalar göstərir ki, A, D, B vitaminləri, sink, maqnezium, dəmir, selen və omeqa-3 yağ turşularının qarışığı peyvəndlərin təsirini artırır və əks-təsir ehtimalını azaldır",- alimlər məqalədə qeyd ediblər.

Araşdırmalara görə, peyvəndlərin effektivliyi onların tərkibindən deyil, həm də xəstənin bədəninin xüsusiyyətlərindən asılıdır. Məsələn, piylənmə, hipertoniya və siqaret RNA peyvəndinin effektivliyini azaldır. Ağızdan alınan dərmanların təsirinin keyfiyyəti xəstənin mikroflorasının tərkibindən asılıdır.