Koronavirusdan sonra bədəni bərpa edən şirələr Nə içməli?


Digərləri 27 Sen 2021 22:20:00 115 0

Koronavirusdan sonra bədəni bərpa edən şirələr  Nə içməli?

Ekspertlər orqanizmi koviddən qoruyan və xəstələndikdən sonra bərpa edən meyvə-tərəvəz şirələrini açıqlayıb.

Son.az xəbər verir ki, respirator viruslar ilk növbədə yuxarı tənəffüs yollarını, daha sonra ağciyərlər, ürək-damar, sinir sistemini zədələyir.

Hələ ki, kovidin dərmanı yoxdur. Profilaktika məqsədilə vitamin-mineralları çox qəbul etmək lazımdır.

Almaniyan ın molekulyar virusologiya institunun alimləri bir çox qida məhsullarının virusa təsirini araşdırıb.

Məlum olub ki, qara qarağat və nar şirəsi virus əleyhinə, dezinfeksiya edici aktiv təsirə malikdir.

Bu meyvələr və şirələri ağız boşluğunda virus yükünü azalda bilər.

Koviddən sonra xəstələrdə sinir sistemi, beynin koqnitiv fəaliyyətində azalma müşahidə olunur.

Amerikan alimləri bunun üçün qara üzüm şirəsinin yaxşı təsir etdiyini bildirib.