Misir turistlər üçün mobil mətn bildirişləri xidmətini istifadəyə verdi


Dünya 27 Sen 2021 21:25:00 101 0

Misir turistlər üçün mobil mətn bildirişləri xidmətini istifadəyə verdi

Misir Turizm və Qədim Əsərlər Nazirliyi, bazar günü xarici turistlər üçün mətn mesajlaşma xidmətini istifadəyə verəcəyini açıqladı.

"Misirdəki turistlərlə birbaşa ünsiyyət qurmaq və onların rahat, təhlükəsiz istirahətini təmin etmək üçün Turizm Nazirliyi cib telefonlarında yeni elektron mətn mesajlaşma xidmətini istifadəyə verdi", - deyə məlumatda vurğulanır.

Son.az aviatravel.az-a istinadən bildirir ki, Rəqəmsal Transformasiya nazirinin köməkçisi Xalid Şerifin sözlərinə görə, bildiriş xidməti ölkənin bütün mobil operatorları tərəfindən təmin ediləcək. "Qaynar xətt 19654, sorğu, şikayət və təkliflər üçün birdən çox dildə 24/7 işləyir. 

Turizm Nazirliyinin məlumatına görə, hər ay ölkəni 500 mindən çox xarici turist ziyarət edir.