Murad Arifdən gözlənilməz etiraf: “İçimdə bir xəcalət yaşayır“


Digərləri 27 Sen 2021 19:54:00 174 0

Murad Arifdən gözlənilməz etiraf: “İçimdə bir xəcalət yaşayır“

Bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 1 il ötür. Bununla bağlı sosial şəbəkələrdə müxtəlif paylaşımlar edilib, şəhidlərin xatirəsi anılıb.

Son.az yenisabah.az-a istinadən xəbər verir ki, tanınmış simalar da anım günü ilə bağlı paylaşımlar ediblər.

Müğənni-bəstəkar Murad Arifin bu günlə bağlı paylaşımı marağa səbəb olub. İfaçı xəcalət hissi yaşadığını bildirib:

"Bir il olar ki, Qarabağla bağlı böyük bir sükut daşıyıram ürəyimdə. İçimdə bir xəcalət yaşayır. Etmədiklərimin, etdiklərimin, bir çox məqamların xəcaləti... Yaşayırıq, deyirik, gülürük. Amma özünlə "gönüqalınlıq" oynamaq alınmır. Ruhunuz şad olsun və bir daha müharibə olmasın".