Zülfiyyə Bayramova: “Dünyam dağıldı, müharibə bitənə qədər Bakıya qayıtmadım!” FOTO


Digərləri 27 Sen 2021 18:24:00 120 0

Zülfiyyə Bayramova: “Dünyam dağıldı, müharibə bitənə qədər Bakıya qayıtmadım!”  FOTO

Aparıcı Zülfiyyə Bayramova sosial şəbəkə hesabında "Anım günü" ilə bağlı paylaşım edib.

Son.az baku.ws-ə istinadən bildirir ki, o, II Qarabağ müharibəsində şəhid olan yaxın dostunun övladı Əmrahla bağlı xatirələrini bölüşüb. Onun şəhid xəbərini eşitdikdən sonra uzun müddət Bakıya qayıda bilmədiyini deyib:

"27 sentyabr, 2020-ci il, bazar günü idi. Yuxudan oyananda gördüm İlqar yerində yoxdu, maşın da həyətdə deyil. Zəng edirəm ki "Haradasan?" Xoşbəxt səslə dedi ki "Müharibə başlayıb və mən Horadizə gedirəm".

Bir gözün ağlayıb, bir gözün gülməyinin nə demək olduğunu mən onda anladım. 2 oğlu əsgərlikdə olan, eyni zamanda Vətənini övladları qədər sevən ananın bir gözü sevincdən gülsə də, diğər gözü "birdən balalarıma bir şey olar" deyib, ağlayır.

Ardınca qardaşımın yoldaşı zəng edir "Müharibə başlayıb, Hamlet də getdi". Qardaş yükü də gəlir oğul, ər yükünün üstünə. Birdən Əmrah düşür yadıma, amma tez özümə təsəlli verirəm ki, "Yox o Bakıda xidmətdədir, yəqin ki, aparmazlar". Sonra eşidirəm ki, onları da aparıblar.

Bacımın oğlu gəlir ki, "Xala mən könüllü gedirəm, haqqını hallal et, müharibədir, bilmək olmaz". Getmə deyə bilmirəm, desəm də faydası olmayacağını gözəl bilirəm.