Ölümdən dönən məşhur müğənni qurban kəsdi


Şou-biznes 27 Sen 2021 15:34:00 150 0

Ölümdən dönən məşhur müğənni qurban kəsdi

Türkiyənin məşhur müğənnisi Nadidə Sultan ölümlə üz-üzə qalıb.

Son.az lent.az-a istinadən məlumat verir ki, oğlu ilə evə gedərkən avtomobili qəfildən alışan ifaçı təhlükəli anlar yaşayıb.

Uşağı yatarkən alovları görəndə təşvişə düşən müğənni əvvəlcə qısa müddətli şok yaşayıb. Elektrik səbəbilə yaranan yanğına söndürücü ilə müdaxilə edən Sultan çox qorxduğunu bildirib. Oğlu ilə birlikdə ölümdən dönən müğənni bir gün sonra qurban kəsib.