"Brent" nefti 2018ci ilin qiymətini ötüb


Dünya 27 Sen 2021 11:04:00 130 0

"Brent" nefti 2018ci ilin qiymətini ötüb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin noyabr müqaviləsinin dəyəri 1,25% artaraq 1 barelə görə 79,07 dollar təşkil edib. Bununla da, "Brent" markalı neft 2018-ci ilin qiymətini ötüb.

Son.az bildirir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,32% artaraq 74,96 dollar olub.