Çox qızardılan çörək və kartof Bu xəstəliyə səbəb olur


Digərləri 26 Sen 2021 15:12:00 138 0

Çox qızardılan çörək və kartof  Bu xəstəliyə səbəb olur

Britaniyanın Ərzaq Standartları Qurumu (FSA), çörək və kartof kimi nişasta tərkibli yeməklərin yüksək temperaturda bişirilərkən akrilamid adlı kimyəvi maddənin ifraz olunduğunu və bu maddənin də xərçəngə yol aça biləcəyi barədə xəbərdarlıq edib.

Son.az lent.az-a istinadən bildirir ki, FSA, riskləri azaltmaq üçün bu cür qidaların bişirmə təlimatlarına diqqətlə əməl edilməsini və bu cür yeməkləri rəngi tündləşməyənədək bişirilməsini tövsiyə edib.

FSA bundan başqa, kartofun soyuducuda saxlanılmasının zəruriliyi barədə xəbərdarlıq edib. Bunun səbəbi isə otaq temperaturunda kartofun tərkibindəki şəkər səviyyəsinin artması və bunun da bişirmə zamanı ifraz edilən akrilamidin miqdarını yüksəltməsidir.

Lakin Xərçəng Araşdırmaları Təşkilatının sözçüsü, akrilamid ilə xərçəng arasında əlaqənin insanlarda hələ sübut olunmadığını deyib.

Nə qədər çox bişsə, akrilamid də o qədər yüksək olur

Çox uzun müddət ərzində yüksək istilikdə qovrulan, qızardılan, ya da kabab edilən nişastalı qidalarda akrilamid adı verilən kimyəvi bir maddə meydana çıxır.

Müxtəlif qidalarda tapılan akrilamid, bişirmə prosesində təbii olaraq ifraz edilir.