Sabah hər ev bir bayraq olsun


Digərləri 26 Sen 2021 13:05:00 108 0

Sabah hər ev bir bayraq olsun

27 sentyabr 2021-ci il.

27 sentyabr 2020-ci il.

Bir il ara, bir il zaman, bir il məqam.

Ötən ilin sentyabın 27-də Vətən uğrunda Vətən övladı Vətən üçün savaşa başladı.

44 gün, 44 gecə davam etdi bu savaş.

Onillər boyu davam etmiş işğala, zülmə, vəhşiliyə, barbarlığa son qoyuldu.

Müzəffər Ali Baş Komandan, müzəffər xalq, Zəfər və Vətən.

Sabah Vətən Müharibəsinin başlanmasından tam bir il keçir.

O savaşda Vətən və torpaq uğrunda canlarından keçən, özlərini fəda edən əsgər və zabitlərimizə, şəhabət şərbətini içmiş qəhrəmanlarımıza, şəhidlərimizə sonsuz sayğı, bitməz ehtiram nişanəsi olaraq bundan belə hər ilin sentyabrın 27-də Azərbaycanda Anım Günü olacaq.

Anım Gününə hazırlaşır ölkə.