Səyahətə çıxmaq istəyənlərin nəzərinə İstirahət günləri hava necə olacaq?


Digərləri 24 Sen 2021 16:10:00 141 0

Səyahətə çıxmaq istəyənlərin nəzərinə  İstirahət günləri hava necə olacaq?

İstirahət günlərində səyahətə çıxan insanlar üçün hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 25-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-19° isti, gündüz 21-23° isti olacaq.

Sentyabrın 26-da arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək, səhər arabir güclənəcək. Havanın temperaturu gecə 16-18° isti, gündüz 19-21° isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 25-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 21-25° isti, dağlarda gecə 5-9° isti, gündüz 10-15° isti olacaq.